Bu gün dünyasını dəyişən sabiq Ombudsman Elmira Süleymanova ilə vida mərasimi keçirilir.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Bildirilir ki, mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.
***
Vida mərasimi başa çatıb.
***
Elmira Süleymanova İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.