Emin Əmrullayevdən yeni təyinatlar - Yenilənib

emin-emrullayevden-yeni-teyinatlar
Oxunma sayı: 14533

Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbər vəzifəsinə təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı təhsil naziri əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mənsimli Sənan Famil oğlu təyinat alıb. S.Mənsimli bu təyinata qədər Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub. Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında yaradılıb. İdarə Salyan rayonunda yerləşir.

Qeyd edək ki, S.Mənsimli 1987-ci ildə Biləsuvar şəhərində doğulub.

***

Bu gün təhsil naziri Emin Əmrullayev regional təhsil idarələrinin rəhbər vəzifəsinə təyin edilmiş şəxslərlə görüşüb. 

Görüşdə nazir Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar, bu sərəncamların icrası ilə bağlı görülən işlərdən danışıb, Regional Təhsil idarələrinə yeni təyin olunmuş rəhbər şəxslərə tövsiyə və tapşırıqlarını verib.  

Regional Təhsil İdarələrinin təyin olunmuş şəxslərin siyahısı belədir:

Abşeron-Xızı RTİ  - İlhamə Abdullayeva. O, Təhsil Nazirliyinin əməkdaşı olub.

Dağlıq Şirvan RTi - Rövşən Əliyev. O, bu təyinatadək İsmayıllı RTŞ-nin müdiri vəzifəsində çalışıb.

Gəncə-Daşkəsən RTİ - Anar Qədiməliyev. O, Gəncə RTŞ-nin müdiri olub.

Qarabağ RTİ - Elçin Həsənzadə. O, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin (ƏMHM) rəisi olub.

Quba Xaçmaz RTİ - Rüfət Hacıyev. O, Quba RTŞ-nin müdiri olub.

Lənkəran-Astara RTİ - Elxan Nəcəfov. O, ARTİ əməkdaşı olub. 

Mərkəzi Aran RTİ - Elçin Kərimov. O, Təhsil Nazirliyinin əməkdaşı olub.

Şirvan-Salyan RTİ - Sənan Mənsimli. O, 13 saylı ƏMHM-nin rəisi olub.

Şərqi Zəngəzur RTİ - Fuad Bədəlov. Qubadlı RTŞ-nin müdiri olub.

Şəki-Zaqatala RTİ - Bəhruz Mehdiyev. Biləsuvar məktəb-liseyin direktoru olub.