Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Jara” beynəlxalq musiqi festivalı baş tutub. “Qafqazinfo” xəbər verir ki, gecə şəhərin dəbdəbəli otellərinin birində baş tutub.
Gecədə Filipp Kirkorov, Emin Ağalarov, Qriqoriy Leps, Olqa Buzova, Valeriya, Leonid Aqutin, Maruv və başqaları iştirak edib. Tədbirdə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov ilə onun həyat yoldaşı Tatyana Navko və qızı Nadya da iştirak edib.
Qeyd edək ki, layihə Xalq artisti Emin Ağalarov, Qriqori Leps və Serqey Kojevnikovun təşkilatçılığı ilə keçirilib.