Ərdoğanın general qonağı tənqid olundu - Süməyyanın toyunda

erdoganin-general-qonagi-tenqid-olundu-
Oxunma sayı: 11583

Xəbər verdiyimiz kimi, mayın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya iş adamı Səlçuk Bayraqdarla ailə həyatı qurub.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cütlüyün nikah şahidləri arasında Baş Qərargah rəisi, general Hulusi Akarın olması, eləcə də komitə üzvlərinin toyda iştirakı hər gün şəhid verən xalq tərəfindən birmənalı qarşılanmayıb. Qərargahın mətbuat xidməti bununla bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, bu iştirak sadəcə protokol qaydalarına görə olub və heyət üzvləri vəzifələrini yerinə yetirib:

“Baş Qərargah rəisi Hulusi Akar 14 may 2016-cı il tarixində saat 13:00-da Çukurcada həyatını itirən qəhrəman şəhidlərimizin Ankara Kocatəpə Məscidində keçirilən cənazə mərasimlərinə qatılıb. Komitə heyəti eyni gün saat 15:00-da İstanbulda keçirilən sadə, musiqisiz olan nikah mərasiminə prezident Rəcəb Tayyib Ərdoğanın dövlət protokoluna uyğun olaraq dəvəti ilə qatılıb. Bu çərçivədə yayılan xəbər və verilən rəylər insanlığa sığışmır. Terrora qarşı ciddi şəkildə mübarizə apardığımız günlərdə tənqid və şərhlərdə insaflı və diqqətli olmaq lazımdır. Bu, ölkəmizin və əziz millətimizin birliyi, bərabərliyi və təhlükəsizliyi üçün böyük önəm daşıyır”.

Dəvətin və bu dəvəti qəbul etmənin “dövlət tərbiyəsi”ndən irəli gəldiyini irəli sürən hərbi qaynaqlar H. Akarı Ərdoğandan başqa bəyin atası Özdəmir Bayraqdarın da qonaq qismində görmək istədiyini vurğulayıb.