Ərdoğanın oğlu Gədəbəydə - Fotolar+Video

erdoganin-oglu-gedebeyde
Oxunma sayı: 7677

Bu gün Gədəbəydə keçirilən “Milli Yaylaq Festivalı”na start verilib.

“Qafqazinfo” xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunan tədbirdə yerli icra hakimiyyətinin rəhbərliyi, Kənd Təsərrüfatı naziri İnam Kərimov, TİKA rəhbərliyi, Türkiyənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Erkan Özoral, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Erdoğan, siyasi və ictimai xadimlər iştirak edib.

Tədbiri giriş sözü ilə Gədəbəyin icra başçısı İbrahim Mustafayev açıb. O, çıxışında Gədəbəyin potensialından danışıb. Daha sonra söz alan Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxışında festivalın mahiyyətindən bəhs edib. 

Elmar Əli