Erməni generallar işdən çıxarıldı

ermeni-generallar-isden-cixarildi
Oxunma sayı: 8129

Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin rəhbərliyini işdən azad edib.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan prezidentin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Sarkisyanın fərmanı ilə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, Baş qərargahın kəşfyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan işdən azad ediliblər.

Bu cəza tədbirlərinin Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbə ilə bağlı olduğuna heç bir şübhə yoxdur.

Hərbi kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan