Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi fövqəladə hallar naziri Andranik Piloyanı dindirməyə çağırıb.
“Qafqazinfo”nun erməni KİV-nə istinadən məlumatına görə, Piloyanın hansı ittiham üzrə dindiriləcəyi bilinmir.
Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşının Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə sorğu-sual etmək üçün aparılmasından sonra nazir Piloyanı 14 günlük məzuniyyətə göndərib.
Son xəbərlər
Son Xəbərlər