Erməni qumarbaz işğal altındakı torpaqlarımızda atəş açdı - Fotolar + Video

ermeni-qumarbaz-isgal-altindaki-torpaqlarimizda-ates-acdi
Oxunma sayı: 10558

Erməni əsilli amerikalı qumarbaz Den Bilzeryan Azərbaycanın işğal altında olan torpaqlarına gələrək orada müxtəlif silahlarla hədəflərə atəş açıb.

“Qafqazinfo” xəbər verir ki, onun foto və videolarını qondarma “DQR”in təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Arşavir Qaramyan Feysbuk səhifəsində paylaşıb.

Bilzeryan isə özünün İnstaqram və Feysbuk səhifəsində paylaşdığı fotoya “Erməni vətəndaşı kimi ilk günüm” qeydini yazıb.

Məlumat üçün bildirək ki, ABŞ-da qumarbaz və pleyboy ulduzu kimi tanınan Bilzeryan, İnstaqramda çılpaq qızlarla olan fotolar və videoları ilə də məşhurdur. Onun 23,8 milyon izləyicisi var. Sərvətinin isə 235 milyon olduğu bildirilir.