Ermənilər Tərtərdə qəsəbəni artilleriya atəşinə tutub - Bir ev dağılıb + Fotolar + Yenilənib

ermeniler-terterde-qesebeni-artilleriya-atesine-tutub-
Oxunma sayı: 5996

Aprelin 24-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Şıxarx qəsəbəsini artilleriya atəşinə tutublar. 

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, qəsəbə sakinlərinin evinə ciddi ziyan dəyib.

***

Erməni silahlı birləşmələri Tərtər rayonunun cəbhəyanə ərazilərini iriçaplı silahlardan atəşə tutub. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində bir ev tamamilə dağılıb.

İcra başçısı bildirib ki,  Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə gecə saatlarında düşmən susdurulub:“Hal-hazırda vəziyyət sabitdir”.