Ermənipərəst deputatdan azərbaycanlılara sponsorluq - - Siyahı

ermeniperest-deputatdan-azerbaycanlilara-sponsorluq-
Oxunma sayı: 2760


Hüquq müdafiəçilərindən birinin “Qafqazinfo”ya verdiyi məlumata görə, tədbir Azərbaycan hökumətinin əleyhinə olacaq və tənqidlər səsləndiriləcək.

Əslində, Avropada Azərbaycan hökuməti əleyhinə başqa tədbirlər də keçirilir. Lakin bu tədbirlə bağlı maraqlı məqamlar var. Belə ki, tədbirin rəsmi olaraq təşkilatçı – sponsorları Avropa Şurası Parlament Assambleyasının iki deputatıdır: Pieter Omtzigt, ve Robert Biedron. Əsas məsələ də adları çəkilənlərdən birinci deputat - Pieter Omtzigt ilə bağlıdır. Məsələ burasındadır ki, o, qatı ermənipərəst olması ilə tanınır. Məsələn, Pieter Omtzigt bu ilin mart ayında öz ölkəsində “erməni soyqırımı”na həsr olunmuş memorialın açılışının təşkilatçısı olub. Həmin tədbirlə bağlı erməni mətbuatında kifayət qədər yazılıb. Açılışla bağlı məlumat armenpress.am saytında da var.

Bundan başqa, Hollandiya Erməni Təşkilatları Federasiyasının  (Federation of Armenian Organisations in The Netherlands - FAON) rəsmi saytına – faon.nl – baxmaqla, google.com-da deputatın adını yazmaqla Pieter Omtzigtin həyatının böyük hissəsinin “erməni soyqırımı”na həsr etdiyini görmək olar. 

İkinci və ən önəmli məqam isə ermənipərəst deputatın sponsorluğu ilə Strasburqda keçiriləcək tədbirdə 4 nəfər məruzəçinin hamısının azərbaycanlı olmasıdır. Həmin şəxslər bunlardır:

Rəşid Hacılı (Media Hüququ İnstitutunun direktoru), İntiqam Əliyev (hüquqşünas), Rəsul Cəfərov (“Hüquqi Müdafiə və Maarifləndirmə” Cəmiyyəti) və Aygün Pəncəliyeva (“NİDA” Vətəndaş Hərəkatının təmsilçisi).