Ermənistan Azərbaycanın yeni təklifinə cavab verdi

ermenistan-azerbaycanin-yeni-teklifine-cavab-verdi
Oxunma sayı: 14162

Ermənistan Azərbaycanın münasibətlərin normallaşması üçün irəli sürdüyü yeni təkliflərə cavab verib.

Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

“BMT Nizamnaməsi, Siyasi və Mülki Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların təşkili məqsədilə Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib”, - deyə Ermənistan XİN-in bəyanatında bildirilir.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı beş maddədən ibarət sənəd göndərib və cavab gözləyir.