Ermənistan prezidenti Serj Sarkisyan cəbhə xəttindəki gərginliklə bağlı danışıb.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı Ermənistanın hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır: "Ermənistan Qarabağ məsələsi ilə bağlı kompromislərə hazırdır".
Sarkisyan ATƏT ölkələri səfirləri ilə görüşündə bildirib ki, Ermənistan hərbi əməliyyatların dayandırılması və 1994-cü ildə əldə edilən atəşkəs razılaşmasının bərpa edilməsinin tərəfdarıdır.
O vurğulayıb ki, Qarabağ münaqişəsi zonasında birtərəfli atəşkəsdən söhbət gedə bilməz:
“Belə ki, Azərbaycan tərəfinin 1994-cü ildə atəşkəslə bağlı imzaladığı saziş qüvvəsindədir və Azərbaycan bu sənədin hər hərfinə və ruhuna əməl etməlidir. Azərbaycanın xoşu gəlsə də, gəlməsə də Qarabağ (red.qondarma) hökuməti ilə birbaşa danışıqlara başlamalıdır”.
Ermənistan prezidenti, həmçinin əlavə edib ki, Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı verdiyi bəyanatı regionda yeni gərginlik ocağı yarada bilər.
Son xəbərlər
Son Xəbərlər