Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşdü

ermeni-herbci-azerbaycanla-serhedde-minaya-dusdu
Oxunma sayı: 2384

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

“Hazırda hərbçinin həyatı üçün təhlükə yoxdur, vəziyyəti qənaətbəxşdir”, - Ermənistan MN bildirib.