“Ermənistan sülhün nə olduğunu bilmir”

ermenistan-sulhun-ne-oldugunu-bilmir
Oxunma sayı: 2161

“Qəbul etməliyik ki, sülh bizim üçün tanış olmayan bir haldır​”.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin 2026-cı il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

“Ermənistan Respublikası sülhün nə demək olduğunu bilmir, çünki biz müstəqilliyin ilk günündən münaqişə vəziyyətində olmuşuq”, - Baş nazir bildirib.

Paşinyan həmçinin Azərbaycanla sülhü qorumağın və institutlaşdırmağın vacibliyini vurğulayıb.