Ermənistanı Bakı olimpiadasında iştiraka razı salmaq istəyirlər

ermenistani-baki-olimpiadasinda-istiraka-razi-salmaq-isteyirler
Oxunma sayı: 1171


“Qafqazinfo” xəbər verir ki, APA-nın “insidethegames.biz” saytına istinadən verdiyi məlumata görə, Patrik Xikkin rəhbərlik edəcəyi nümayəndə heyətinin Ermənistan Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə keçiriləcək görüşündə Ermənistan idmançılarının 2015-ci il 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakı məsələsi müzakirə ediləcək.

P. Xikkin vəzifəsi bütün Avropa ölkələrinin I Avropa Oyunlarında iştirakını təmin etməkdir.

O bildirib ki, Avropanın 49 ölkəsinin hamısının I Avropa Oyunlarında iştirakını təmin etmək istəyirlər və bütün ölkələrin bu turnirdə təmsil olunacağına əmindir.