“Fənərbaxça” “Mançester Siti”nin qapıçısını alır

fenerbaxca-mancester-sitinin-qapicisini-alir
Oxunma sayı: 1969

“Mançester Sitinin qapıçısı Ederson karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. Braziliyalı qapıçı “Fənərbaxça” ilə razılığa gəlib.

“Qafqazinfo” xəbər verir ki bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O bildirib ki, bu keçid üçün İstanbul təmsilçisi “Mançester Siti”yə 13 milyon avro ödəyəcək. Təcrübəli qapıçının “şəhərlilər”lə müqaviləsi 1 ildən sonra başa çatacaq. 

Qeyd edək ki, Braziliyalı ötən mövsüm bütün turnirlərdə 40 oyunda iştirak edib və 13 oyunda qapısını toxunulmaz saxlayıb.