Fərid Zalov “12-ci İmam”la bağlı məhkəmədə uduzdu

ferid-zalov-12-ci-imamla-bagli-mehkemede-uduzdu
Oxunma sayı: 7029

Ötən ilin avqust ayında “12-ci İmam” kimi təqdim edilən Aqil Babayevin həbsi ilə gündəmə gələn “Şaurma №1” restoranlar şəbəkəsinin brend adının iaşə obyektlərinin sahibi Fərid Zalova məxsus olmadığı üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ məhkəmə prosesində aydın olub.

F.Zalovun Aqil Babayevin ailə üzvlərinə və bir neçə media qurumuna qarşı məhkəmə iddiası üzrə keçirilən prosesdə dövlət qurumunun bununla bağlı arayışı təqdim edilib.

Əqli Mülkiyyət Agentliyindən sorğuya cavab olaraq bildirilib ki, “Shaurma №1” əmtəə nişanı İmaməliyev Teymur Əlimuxtar oğluna məxsusdur.

Xəbəri rus dilində oxuyun: Фото полковника, арестованного по "Тертерскому делу"

Самеддин Мамедов вышел на свободу

Микаил Джаббарорв назначил еще одного советника

Sahibkar Fərid Zalov isə mediada “Shaurma №1” brendi ilə bağlı iddiaların onun şərəf və ləyaqətinə, restoranlarının isə işgüzar nüfuzuna xələl gətirdiyini bildirmişdi.

Bundan başqa, Nərimanov rayon Məhkəməsinin sorğusuna cavab olaraq Vergi Xidmətindən bildirilib ki, Fərid Zalovun fiziki şəxs kimi təsis etdiyi VÖEN üzrə qeydiyyatdan keçən obyektlərin adı bəzi hallarda “Shaurma N1”, “Shaurma N1-Duet”, “Shaurma N1-Kafe” və ya sadəcə “Kafe” adı ilə qeydiyyatdan keçib.

Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdə isə “Şaurma Kafe” və “Şaurma-Kafe” adı altında paytaxtın Xətai rayonu və Xəzər rayonunda fəaliyyət göstərən və fərqli sahibkara məxsus olan restoranların da olduğu məlum olub.

İddiaya etirazda qeyd edilib ki, dövlət qurumlarının arayışları əsasında təsdiqlənən bu hallar Fərid Zalovun “Shaurma №1” adına rəsmi olaraq iddia etməsi üçün əsası olmadığını göstərir.

Məhkəmə bütün bunları nəzərə alaraq, sahibkar Fərid Zalovun iddiasını rədd edib.

Həmçinin oxuyun: “Şaurma №1” rəhbərindən “12-ci İmam” kimi təqdim edilən şəxslə bağlı - Açıqlama

“12-ci İmam” kimi həbs edilən biznesmen “Şaurma N1” rəhbərinin ortağı imiş