Dünən Türkiyədə vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhumun qızı, millət vəkili Günay Ağamalı paylaşım edib.
O bildirib ki, vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək.
Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq.
Mərhumun 3-7 mərasimi isə 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək.
***
Mərhumun oğlu Elçin Ağamalının saytımıza verdiyi məlumata görə, F.Ağamalı Ramana qəbiristanlığında (Gülçülük sovxozu adlanan ərazidə yerləşən) dəfn olunacaq.
Son xəbərlər
Son Xəbərlər