Türkiyənin qadınlardan ibarət voleybol yığması Millətlər Liqasında növbəti oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, komanda 1/4 finalda Yaponiya millisi ilə qarşılaşıb.
Polşanın Lodz şəhərində yerləşən “Atlas Arena”da keçirilən görüş Asiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “Filenin sultanları” turnirlə vidalaşıb.
Son xəbərlər
Son Xəbərlər