Füzulidə ata qızını qətlə yetirdi

fuzulide-ata-qizini-qetle-yetirdi
Oxunma sayı: 6445

Füzulidə ailə faciəsi baş verib.

Rayon Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, martın 6-da 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin atası, 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin R.Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Ağarəhim Niftəliyev tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.