Gədəbəydə bacı-qardaşı maşın vurdu

gedebeyde-baci-qardasi-masin-vurdu
Oxunma sayı: 2985

Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

“Niva” markalı minik maşını yolu keçmək istəyən V.Qəhrəmanlını və onun bacısı G.Qəhrəmanlını vurub. Onlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Yunis Quliyev