“Gəl, səni xoşbəxt eləyim” - Faiq Ağayev

gel-seni-xosbext-eleyim
Oxunma sayı: 2418

Xalq artisti Faiq Ağayev yeni mahnısını təqdim edib.

“Qafqazinfo”nun məlumatına görə, bəstə “Gəl, səni xoşbəxt eləyim” adlanır.

Mahnının sözləri Altay Yaşara, musiqisi Fərid Kərimliyə məxsusdur.

Faiq Ağayev yeni ifa etdiyi mahnıyla bağlı fikirlərini bölüşüb:

“Bu mənim bəstəkar Fərid Kərimli ilə ilk işimdir. Bu bəstəni bir il öncə mənə təhvil verdi, çox xoşuma gəldi. Artıq mahnı üçün hazırladığımız video-çarxı bu gün təqdim edirik. Bəstənin tam hazır versiyası isə yaxın günlərdə 106.3 radiosunda səslənəcək. Ümidvaram ki, ifa etdiyim bu mahnı ürəyində sevgi daşıyan hər bir kəsin xoşuna gələcək”.