Gəlinlərdən sonra bəy bəzəyi gündəmdə - 200 manata saç düzümü

gelinlerden-sonra-bey-bezeyi-gundemde
Oxunma sayı: 6709

Adi günlərdə saç kəsimi 5-20 manat arasında dəyişsə də saç ustaları bəylik saç kəsimini 50, 100, hətta 200 manata edirlər. Yəni gəlin bəzənməsi kimi bəyin də saç düzümü xeyli baha başa gəlir.

Ustalar bildirir ki, adi saç kəsiminə təxminən 30 dəqiqə vaxt getdiyi halda, bəy saçının kəsimi üçün 1, yaxud 1 saat yarım vaxt sərf edilir. Saç ustaları qiymətlərə baxmayaraq müştəri sarıdan qıtlıq çəkmədiklərini bildirirlər.

Gənclərin isə bəy saçı üçün bu qədər çox pul xərclənməsinə münasibəti birmənalı deyil. Həyatda bir gün olur deyə buna çox pul verməyə hazır olanlarda var, saç üçün əlavə pul xərcləməyi mənasız hesab edənlər də.

Qafqazinfo” xezerxeber-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: