Gəncədə qəza, xəsarət alanlar var - Fotolar

gencede-qeza-xesaret-alanlar-var
Oxunma sayı: 490

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı “VAZ 2107” markalı avtomobillə “Toyota” markalı maşın toqquşub.

Nəticədə, Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Çərkəz Qasımov xəsarət alıb. Yaralı şəxs Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.

 

Yunis Quliyev