Goranboyda ağır yol qəzası - Yaralılar var+Yenilənib

goranboyda-agir-yol-qezasi
Oxunma sayı: 4231

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Qəza zamanı azı 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb “Mercedes” markalı avtomobilin aşması olub.

***

Goranboyda baş verən qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Onlar sürücü və avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü Muradov Bəhruz, 1964-cü il təvəllüdlü Bədəlova İradə, 1964-cü il təvəllüdlü Muradova Məleykə, 2009-cu il təvəllüdlü İbrahimli Fatimə və 1982-ci il təvəllüdlü İbrahimov Şaiqdir.

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev