Göygölə gəzintiyə gələn turist vəfat etdi

goygole-gezintiye-gelen-turist-vefat-etdi
Oxunma sayı: 5937

Bu gün saat 16 radələrində Göygöl Milli Parkının ərazisinə ziyarətə gələn turistlərdən biri qəfil ürək tutmasından dünyasını dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ailəsi ilə birgə Milli Parka ziyarətə gəlmiş Cavad Rüstəm oğlu Rüstəmovun, parkın ərazisinə daxil olduqdan təxminən 10 dəqiqə sonra, gəzinti zamanı qəfildən halı pisləşib. Ona Milli Parkın əməkdaşları tərəfindən ilkin yardım göstərilib və dərhal təcili tibbi yardım maşını çağırılıb.

Lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər həmin şəxsin ürək tutmasından dünyasını dəyişməsi faktını təsdiqləyib.

Baş vermiş bədbəxt hadisə ilə bağlı Milli Parkın rəhbərliyi tərəfindən rayon polis şöbəsinə və prokurorluğa məlumat verilib.