Gülnarə Kərimova dəlixanaya salınıb? - Şok iddia

gulnare-kerimova-delixanaya-salinib-
Oxunma sayı: 7642

Sentyabrın 8-də dünyasını dəyişən Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun milyarder qızı Gülnarə Kərimova haqqında mətbuatda şok iddia yayılıb.

Qafqazinfo” “Hüriyyet”ə istinadən xəbər verir ki, 44 yaşlı Gülnarə Kərimova ruhi xəstəxanada saxlanılır. Onun xəstəxanaya salınmasında İslam Kərimov öləndən sonra prezident olan Şevket Mirziyoyevin əli olduğu qeyd edilir.  

"Daily Mail"in məlumatına görə, Şevket Mirziyoyev Gülnarə Kərimovanı özünə rəqib bildiyi üçün ruhi xəstəxanaya saldırıb.