Gülnarənin adından məktub yayıldı - “Tezliklə öləcəyəm...”

gulnarenin-adindan-mektub-yayildi
Oxunma sayı: 6220

Tvitterdə özünü Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova kimi təqdim edən şəxsin adına hesab açılıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Afina adlı istifadəçi artıq sözügedən hesabla iki məktub paylaşıb. O, ilk məktubunda anasına müraciət edərək  “Tezliklə öləcəyəm... Eşit ana... Daha bacarmıram” yazıb.

Daha sonra isə “Artıq qana vərdiş etmişəm. Damarlarımı kəsməyin vaxt gəlib” yazıb.

Məktubunda onu qızı İmandan ayırdıqlarını və atası ilə vidalaşmağa qoymadıqlarını da bildirib.