Gürcüstanda hava şarı qəzaya uğradı - Ölənlər var

gurcustanda-hava-sari-qezaya-ugradi
Oxunma sayı: 1984

Gürcüstanda hava şarı qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində Gürcüstanın “Sky Travel” şirkətinin təsisçisi və direktoru Revaz Uturqauri, polşalı aeronavt Kşiştof Zapart və Gürcüstanın “İmedi” televiziya şirkətinin operatoru Mişo Bidzinaşvili həlak olub.

Şirkətdən bildirilib ki, planlaşdırılmış hava şarının uçuşu dünya rekordu (uçuş məsafəsi üzrə - İF) üçün hazırlıq uçuşu idi.

Onlar Uturqaurinin 2005-ci ildən hava şarları uçurduğunu və ixtisaslı mütəxəssis olduğunu, onunla birlikdə dünyasını dəyişən polşalı pilotun aeronavtika üzrə dünya çempionu olduğunu qeyd ediblər.