Gürcüstandakı torpaq sürüşməsində 11 nəfər ölüb

gurcustandaki-torpaq-surusmesinde-11-nefer-olub
Oxunma sayı: 1359

Gürcüstanda leysanın səbəb olduğu torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 11-ə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada İmereti bölgəsinin Bağdati Bələdiyyəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə qrupunun işi nəticəsində 9 nəfərin cansız cəsədinin çıxarıldığı və torpaq altında qalanların hamısının tapıldığı üçün axtarışların dayandırıldığı qeyd olunub.