Hafiz Məmmədovun hotelində yanğın - Yenilənib+Fotolar

hafiz-memmedovun-hotelinde-yangin
Oxunma sayı: 10231

Bakıda məşhur hoteldə yanğın baş verib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Məmməd Araz küçəsində qeydə alınıb.

Hazırda sözügedən ünvanda yerləşən "Ramada Shamdan" hoteli yanır.

Qeyd edək ki, sözügedən hotel tanınmış iş adamı Hafiz Məmmədova məxsusdur.

Xatırladaq ki, hotel uzun müddətdir fəaliyyət göstərmir.

Məlumat üçün bildirək ki, “Ramada Baku” MMC-nin (VÖEN - 1501954131) qanuni təmsilçisi iş adamı Hafiz Məmmədovun oğlu Kənan Məmmədovdur. Şirkətin martın 11-nə olan tarixə görə dövlət büdcəsinə 62 min 71 manat 23 qəpik vergi borcu var.

***

Hoteldə baş verən yanğın söndürülüb.

***

FHN də hadisə ilə bağlı rəsmi məlumat yayıb:

"Bu gün saat 20:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli otel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib. 

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 kv m sahə yanıb, otelin binası yanğından mühafizə olunub".

 

Emin Səfərov