Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris-2024-də qızıl medal qazanıb.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Cüdo Federasiyası yarışdan 2 həftə öncə cüdoçunun yaxınları və məşqçisinin müsahibəsinin yer aldığı reportaj hazırlayıb.
Həmin müsahibələrdə Hidayətlə bağlı bir sıra maraqlı məqamlardan bəhs olunub. Onun mübarizə əzmindən söz açılıb. 26 yaşında Dünya çempionu titulunu hədəflədiyi, bunun üçün gecə-gündüz çalışdığı qeyd olunub.
Məlumat üçün deyək ki, cüdoçunun 3 gün öncə 27 yaşı tamam olub. Onun bu yaşındakı ilk uğuru da məhz Olimpiya çempionluğu oldu.
Həmin reportajı təqdim edirik: