Həbib karyerasını rəsmən başa vurdu

hebib-karyerasini-resmen-basa-vurdu
Oxunma sayı: 1792

Mütləq güləş çempionatının (UFC) çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt tvitterdə bildirib.

 “O, 100% rəsmən təqaüddədir. Sənin necə işlədiyini izləmək inanılmaz idi, hər şey üçün təşəkkür edirəm, gələcəkdə olacaqlardan zövq al, dostum”, - Uayt yazıb.

Qeyd edək ki, 32 yaşlı Nurməhəmmədov qarışıq təkbətək döyüşlərdə 29 görüş keçirib, bir dəfə də olsun məğlub olmayıb, UFC-də o, 2012-ci ildən çıxış edib, 13 dəfə qələbə qazanıb.