Həkimlərin əməkhaqqı artırılacaq

hekimlerin-emekhaqqi-artirilacaq
Oxunma sayı: 7756

Azərbaycanda tibb işçilərinin maaşları artırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqları minimum 1000 manat olacaq.

17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək.

Artım 8 minə yaxın həkimə şamil olunacaq.