HƏMAS ikinci qrup israilli girovları azad etməyəcək

hemas-ikinci-qrup-israilli-girovlari-azad-etmeyecek
Oxunma sayı: 4384

HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları ikinci qrup israilli girovları azad etməyəcək.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb İsrail tərəfinin Qəzza zolağında atəşkəs razılaşmasını dəfələrlə pozması olub.

HƏMAS Siyasi Bürosunun rəhbərinin media üzrə müşaviri Taher əl-Nunu bildirib ki, israillilər yük maşınlarının ölkəyə girişi ilə bağlı sövdələşməyə əməl etmirlər. Buna görə də İsrail tərəfi atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər girovlar azad edilməyəcək.

Qeyd edək ki, ötən gün HƏMAS 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə 39 fələstinlini azad edib.