HƏMAS-ın bu tələblərini rədd etdilər

hemas-in-bu-teleblerini-redd-etdiler
Oxunma sayı: 2111

İsrail HƏMAS hərəkatının girovların azad edilməsi ilə bağlı razılaşma tələblərini rədd etdiyini, lakin bu mövzuda danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

“İsrail Misir və Qətər vasitəçilərinə məlumat verib. O HƏMAS-ın girovlarla bağlı son razılaşma təklifinə cavab olaraq tələblərinin əksəriyyətini rədd etsə də, danışıqlara başlamağa hazırdır”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, gələcək müzakirələr iki həftə əvvəl irəli sürülən ilkin təkliflər əsasında aparılmalıdır.