HƏMAS rəsmiləri danışıqlar üçün Misirə gedir

hemas-resmileri-danisiqlar-ucun-misire-gedir
Oxunma sayı: 1328

Fələstinin radikal HƏMAS hərəkatının yüksəkvəzifəli nümayəndələrindən ibarət heyəti bu gün Misirə səfər etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “France-Presse” agentliyi yayıb.

Nümayəndə heyətinə hərəkatın siyasi bürosunun sədri İsmail Hania başçılıq edir.

HƏMAS nümayəndələrinin Misirə səfər zamanı Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların sərbəst buraxılması məsələlərini müzakirə edəcəyi gözlənilir.