Həmin sürücü barəsində tədbir görüldü - DİN-dən açıqlama

hemin-surucu-baresinde-tedbir-goruldu
Oxunma sayı: 7848

Sosial şəbəkələrdə sürücünün yük maşınının arxasına yazdığı ifadə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, görüntülərdə vətəndaş “Sürücü təhlükəli sürərsə, əcəb edir” sözlərini yazıb.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, həmin sürücü aşkarlanıb və barəsində qanunamüvafiq tədbir görülüb:

“O, əməlindən peşman olduğunu bildirərək yazdığı yazıları silib.

Bir daha sürücüləri belə hallara yol verməməyə çağırırıq”.