Hər şey o gündən başladı... - Fotolar

her-sey-o-gunden-basladi
Oxunma sayı: 5499

44 günlük Vətən müharibəsinin başlanğıcı hesab olunan Tovuz döyüşlərinin üçüncü ildönümüdür.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlər ölkəmizin hərb tarixinə zəfər döyüşü kimi yazılıb.

2020-ci ilin iyulun 12-də başlayan döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar. Bundan başqa həmin vaxt evinə mərmi düşən 76 yaşlı Əziz Əzizov da həlak olub.

Həmçinin oxuyun: 3-летний Полад Гашимов... - Фото

Bu gün İkinci Fəxri xiyabanda şəhidlərimizin məzarları ziyarət edilib, fəxri qarovul dəstəsi düzülüb.

Zəyarət edənlər arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvləri də olub.

İldönümü ilə bağlı ziyarətdən fotoları təqdim edirik:

Sail Ağasəlim

Fotolar: Xəyal Vəlizadə