Sel Çinlə Nepal sərhədini yuyub apardı, 22 ölü - Video

sel-cinle-nepal-serhedini-yuyub-apardi-22-olu
Oxunma sayı: 458

Çin və Nepal sərhədində daşqın və torpaq sürüşməsi nəticəsində 20-dən çox insan həlak olub.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, hazırda 22 nəfərin cəsədi aşkar edilib.

Ümumilikdə isə aralarında əcnəbilərin də olduğu 400-ə yaxın şəxsin itkin düşdüyü bildirilir. 

Təbii fəlakət dağdan güclü su kütləsinin Bhote-koşi çayına axmasından sonra baş verib.

Sosial şəbəkələrdə güclü selin Çinlə Nepal arasındakı sərhəd məntəqəsini dağıtması barədə görüntülər də yayılıb.