Heydər Əliyevin həmsədrlərə sərt iradları - “Gərək evləndirək”+Video

heyder-eliyevin-hemsedrlere-sert-iradlari
Oxunma sayı: 12638

Azərbaycan Televiziyasının efirində yayımlanan “Jurnalist araşdırması” verilişində Ulu Öndər Heydər Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərdə narazılıqları əks olunan nadir kadrlar yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev həmin kadrlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə sərt iradlarını bildirir. 2001-ci ilin noyabrın 4-də baş tutmuş belə söhbətlərin birində H.Əliyev bildirib: 

“Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin 13 yaşı var, ATƏT-in Minsk Qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçib, məsələ həll olunmayıb. Bir az da ləngisək, ATƏT-in Minsk Qrupu böyük bir oğlan olacaq. Onu gərək evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Bu daha tez ola bilər”. 

Həmin görüntüləri təqdim edirik.