Futbol üzrə Azərbaycan I Divizionunda 2017/2018-ci il mövsümünün ilk turuna yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, bu gün turun 3 qarşılaşması baş tutub.
“Turan Tovuz” doğma meydanda “Şüvəlan”ı, “Sabah” “Binə”ni, “Qaradağ Lökbatan” isə səfərdə MOİK-i minimal hesabla məğlub edib.
Qeyd edək ki, turun dünən baş tutan 2 oyunu da eyni hesabla başa çatmışdı.
I Divizion, 1-ci tur
4 oktyabr
“Turan Tovuz” – “Şüvəlan” 1:0
Qol: Qaraxan Əliyev, 89 (ö.q.)
“Sabah” – “Binə” 1:0
Qol: Məhəmməd Alıyev, 30
MOİK – “Qaradağ Lökbatan” 0:1
QOL: Coşqun Süleymanov, 55
3 oktyabr
“Ağsu” – “Zaqatala” - 1:0
Qol: Əlimərdan Əlimərdanlı, 76
“Xəzər” – “Mil-Muğan” - 0:1
Qol: Vüqar Əlibabayev, 54
Son xəbərlər
Son Xəbərlər