İcra başçısının evində meyit tapıldı - Yenilənib

icra-bascisinin-evinde-meyit-tapildi
Oxunma sayı: 18598

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun evində ölüm hadisəsi baş verib.

"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında icra başçısının Kürdəmir şəhərində yerləşən evinin həyətində 60-65 yaşlı kişinin meyiti tapılıb. Məlum olub ki, ölən şəxs həmin həyətdə bağban işləyən Əlismayıl Sadıqovdur.

Ə.Sadıqovun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bu gün ona məxsus olan evdə baş vermiş ölüm hadisəsindən danışıb.

C.Cəfərov Lent.az-a açıqlamasında deyib ki, həyətində bağban işləyən Əlismayıl Sadıqov infarkt nəticəsində ölüb: “Hadisə baş verərkən işdə olmuşam, zəng edib xəbər verdilər. Dərhal təcili yardım briqadası gəlib və məlum olub ki, infarkt nəticəsində vəfat edib. Allah rəhmət eləsin”.

 ***

Kürdəmir rayon İH-nin mətbuat xidmətinin rəhbəri Elşən Əzizov “Qafqazinfo”ya bildirib ki, bağban İcra başçısının evində yox, İcra Hakimiyyətinin Qonaq evində olub. Orada halı pisləşən Əlismayıl Sadıqov təcili yardımla xəstəxanaya aparılarkən yolda vəfat edib.