İdarə rəisləri sualları canlı cavablandıracaq

idare-reisleri-suallari-canli-cavablandiracaq
Oxunma sayı: 2245

Dekabrın 26-da saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun instaqram səhifəsində canlı yayım keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq.

Https://www.instagram.com/prokurorluq/ səhifəsindəki canlı yayımda Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov iştirak edəcək.