Artıq sinxron üzgüçülüyün sərbəst rejim üzrə duetlər arasında təsnifat mərhələsi başlayıb. 20 duetin qatılacağı yarışda Azərbaycanı Tatyana Nikitina - Yekaterina Valiulina cütlüyü təmsil edəcək. Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində olacaq Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçiriləcək.
Bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcək. İlk Avropa Oyunlarının açılışı Bakı Olimpiya Stadionunda axşam saatlarında baş tutacaq.
On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.
Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılıb.
Günün proqramı:
Sinxron üzgüçülük
Bakı Su İdmanı Mərkəzi
09:00. Duetlər, təsnifat, sərbəst rejim
15:30. Komandalar, təsnifat, sərbəst rejim
Su polosu
Vaterpol Arenası
12:00. Qadınlar, A qrupu: Hollandiya - İsrail, Macarıstan - Almaniya
13:45. Qadınlar, A qrupu: Yunanıstan - Böyük Britaniya
13:45. Qadınlar, B qrupu: İspaniya - Serbiya
15:30. Qadınlar, B qrupu: Rusiya - Slovakiya, İtaliya - Fransa
***
Azərbaycan 20 duetin qatıldığı yarışda Tatyana Nikitina - Yekaterina Valiulina cütlüyü ilə təmsil olunub. Mübarizəyə 10-cu qoşulan cütlük 71,4333 bal toplamaqla, 20 idmançı arasında 18-ci yerdə qərarlaşıblar.
Rusiyalılar Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi olublar. Ukraynalılar Yana Narejina və Yelizaveta Yaxno (87,5333) 2-ci, ispaniyalılar Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) 3-cü olublar. Duetlərin yarışında final mərhələsi iyunun 15-də keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər