“Qafqazinfo” xəbər verir ki, bu barədə report-a Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə məlumat verib.
Onun sözlərinə görə, iyunun 21-də çıxış etdiyi 3000 metr məsafəyə qaçış yarışında birinci yeri tutmasından dərhal sonra PWS şirkətinin mütəxəssisləri Bejidən dopinq analizi götürüb. İ.Rüstəmzadə müayinə nəticəsində həm A, həm də B testinin müsbət nəticə verdiyini bildirib. 19 yaşlı efiopiyalı legionerdə "osterin" maddəsi aşkarlanıb.
İ.Rüstəmzadə deyib ki, Bejini 4 ilədək cəza gözləyir. Bununla yanaşı, olayın səbəbkarlarının aşkarlanması üçün araşdırma aparılacaq. Nazirlik rəsmisi günahı sübut olunanların cəzalandırılacağını bildirib.
Qeyd edək ki, bu, I Avropa Oyunlarında ikinci dopinq qalmaqalıdır. Daha öncə Albaniya millisinin boksçusu Reşildo Zeneli dopinq-testdən keçə bilmədiyi üçün Oyunlardan kənarlaşdırılıb.
Son xəbərlər
Son Xəbərlər