Gəncədə yeniyetmə itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Yəhya Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər.
Müraciətlə bağlı Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsində araşdırma aparılır.
***
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, polisin keçirdiyi müvafiq tədbirlərlə şəxs tapılaraq ailəsinə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər