Prezident İlham Əliyev bu gün Türkiyə dövlət başçısı Ərdoğanla görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə prezidentinin saytında məlumat verilib. Görüş Mabeyn köşkündə Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.
Qeyd edək ki, prezident İlham Əliyev İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında iştirak etmək üçün qonşu ölkəyə səfərə gedib. Toplantıda bir sıra ölkələrin dövlət başçılarının iştirakı da gözlənilir.
***
Azərtac xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün artıq Türkiyə Respublikasındadırlar.



Son xəbərlər
Son Xəbərlər