FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampa FİFA Sülh Mükafatının təqdim olunmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, İnfantino açıqlamasında bunun onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“FİFA-nın ilk Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa təqdim etmək mənim üçün böyük şərəf və məmnuniyyət idi. Onun liderliyi və fəaliyyəti dünyanın sülh və birlik içində olmasına mühüm töhfə verir.
Futbol həmişə sülhün, həmrəyliyin və birlik ruhunun daşıyıcısı olub. Bu baxımdan, ABŞ prezidentinin qlobal miqyasda sülhə və birliyə yönəlmiş səylərini yüksək dəyərləndiririk.
Prezident Trampa gördüyü işlərə görə minnətdarlığımı bildirirəm. O, hər zaman mənim və futbol ailəsinin dəstəyinə güvənə bilər”, - FİFA rəhbəri qeyd edib.
Xatırladaq ki, mükafat ölkə prezidentinə 2026-cı il dünya çempionatının püşkatma mərasimində verilib.
Son xəbərlər
Son Xəbərlər