Serdar Ortaç son görünüşü ilə pərəstişkarlarını üzdü - Foto

serdar-ortac-son-gorunusu-ile-perestiskarlarini-uzdu
Oxunma sayı: 1473

Uzun müddətdir MS xəstəliyindən əziyyət çəkən məşhur türkiyəli müğənni Serdar Ortaçın son konsertindəki görüntüləri pərəstişkarlarını məyus edib.

“Qafqazinfo” xəbər verir ki, müğənninin köməkçilərinin dəstəyi ilə səhnəyə çıxması diqqət çəkib.

Ortaçın səhhəti ilə bağlı rəsmi açıqlama verilməsə də, sosial şəbəkədə minlərlə insan məşhur müğənniyə dəstək və “tez sağal” mesajları göndərib.